Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb

Bakı. 18 iyul. REPORT.AZ/ İyulun 17-də saat 22 radələrində Yevlax şəhərinin ərazisində şəhər sakini Telman Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Xəqani Məmmədovu vurub.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hadisə nəticəsində xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45