Yevlaxda avtomobil maneəyə çırpılıb, 5 nəfər yaralanıb - SİYAHI - YENİLƏNİB

Yevlax. 25 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanları adı məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticədə avtomobildə olan sərnişinlər: 

Tovuz rayonunun Bayramlı kənd sakini, 1966-cı il təvəllüdlü Bəxtiyar Mehralı oğlu Abdıyev,

Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Kəmalə Nəcəfqulu qızı Əliyeva, 

Şəmkir rayon Şiştəpə kənd sakini, 1988-ci il təvəllüdlü Ceyhun İsaq oğlu Hüseynov

Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elnur Dilqəm oğlu Qocayev

Şəmkir rayon Şiştəpə kənd sakini,1996-cı il təvəllüdlü Şahanə Araz qızı Hüseynova
Müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.


***16:28

Yevlax. 25 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax şəhər Avtovağzalının yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Hadisə zamanı avtomobilin sürücüsü və 4 nəfər sərnişin xəsarət alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47