Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var 

Yevlax rayonu Əkşəmkənd ərazisində minik avtomobili aşıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan "KİA" markalı avtomobil idarəetmədən çıxaraq öncə elektrik dirəyinə çırpılıb, daha sonra aşıb.

Qəza nəticəsində Yevlax rayon sakinləri - 1991-ci il təvəllüdlü Ələddin Verdiyev və 1994-cü il təvəllüdlü Rəvan İbrahimov müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26