Yevlaxda avtomobil aşıb, xəsarət alan var

Yevlax. 4 yanvar. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Xaldan-Mingəçevir yolunun 6-cı kilometrliyində, rayonun Əkşəm kəndi yaxınlığında qeydə alınıb. 

Belə ki, Mingəçevir şəhər sakini Xəyyam Müstafayevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil hərəkətdə olan zaman təkəri partlayıb. Nəticədə avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50