Bakı. 10 yanvar. REPORT.AZ/ Yevlax rayonunda ağır yol qəzası baş verib.
"Report" xəbər verir ki, Yevlax rayonunun Əkşəm kəndində rayon sakini Qərib Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobil aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.