Yevlaxda avtomobil aşıb, 1 nəfər ağır yaralanıb

Yevlax rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yevlax-Bərdə yolunda qeydə alınıb. Belə ki, idarəetmədən çıxan “KİA Ceranto” markalı avtomobil dərəyə aşıb. 

Qəzada yaralanan sürücü Yevlax sakini, 1994-cu il təvəllüdlü Aruz Ələkbərov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hazırda A. Ələkbərov reanimasiya şöbəsində müalicəsini davam etdirir. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47