Yevlax rayonunda sərnişin avtobusu aşıb, xəsarət alanlar var.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı xəsarət alanlara ilkin tibbi xidmət göstərilib.
Qeyd olunub ki, aprelin 16-da saat 06:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (5 qadın, 3 kişi) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Yevlax rayonunda sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax rayonu Xanabad kənd ərazisində qeydə alınıb.
Bakı-Zaqatala marşrutu üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə 10-a yaxın sərnişin xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.