Yevlaxda 91 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

Yevlax rayonunda 4-cü mərtəbədən yıxılan 91 yaşlı qadın həyatını itirib.

"Report" xəbər verir ki, Yevlax şəhəri, 32-ci məhəllə, bina 8, ev 26 ünvanında yaşayan 1935-ci il təvəllüdlü Məmmədova Qərənfil Həsən qızı yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilinin eyvanından yıxılaraq ölüb.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47