Yevlaxda 82 yaşlı kişini avtomobil vurub

Yevlax. 27 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax şəhərinin Füzuli küçəsində qeydə alınıb. 

Belə ki, 1936-cı il təvəllüdlü Baloğlan Alişan oğlu Həşimovu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45