Yevlaxda soyğunçuluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, oğurluq etdiyinə görə tutulanlar - A.Qənbərov və E.İsmayılovun ətraflarında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki evlərin birindən soyğunçuluq yolu ilə 8 000 manat pul aparmaları da müəyyən edilib.