Yevlaxda 72 yaşlı qadın nərdivandan yıxılıb

Yevlax. 13 iyun. REPORT.AZ/ Yevlax rayonunda 72 yaşlı qadın nərdivandan yıxılıb. 

“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Havarlı kəndində baş verib. 

Belə ki, 1946-cı il təvəllüdlü kənd sakini Tamara Talıb qızı Salmanova yaşadığı həyətdə dəmir nərdivana dırmaşarkən hündürlükdən düşərək qolundan yaralanıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin sabit olduğu bildirilir. 

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41