Yevlaxda 47 yaşlı kişi qətlə yetirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax şəhər ərazisində 1962-ci il təvəllüdlü İlham Mirzəyev mübahisə zəminində 1978-ci il təvəllüdlü Habil Kərimovu bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.