Yevlaxda 60 yaşlı kişini maşın vurub

Yevlax. 6 oktyabr. REPORT.AZ/ Yevlax şəhərində piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Füzuli küçəsində yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Məmmədov Qədir Məmməd oğlunu maşın vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41