Yevlaxda 43 yaşlı kişi bıçaqlanıb

Yevlax. 8 dekabr. REPORT.AZ/ Yevlax rayonunda 43 yaşlı kişi bıçaqlanıb. 

"Report”un Şirvan bürosu xəbər verir ki, 1974-cü il təvəllüdlü rayon sakini Fərəc Azay oğlu Hacıyev münaqişə zəminində naməlum şəxs tərəfindən kürək nahiyəsindən bıçaq zərbəsi alıb.

Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39