Yevlaxda 41 yaşlı kişi iş başında ölüb, zəhərləndiyi ehtimal olunur

Yevlax rayonunda 41 yaşlı kişinin iş başında zəhərlənmədən öldüyü ehtimal edilir. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax rayonun Varvara kəndində qeydə alınıb.

Belə ki, 41 yaşlı E.Bahadurov zirzəmidə iş görərkən ölüb.

Onun benzinlə işləyən generatordan atılan qazdan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Kürün səviyyəsi 14 sm artıb 29 may, 2025 / 09:06