Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alan var

Yevlax. 27 aprel. REPORT.AZ/ Yevlaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaraoğlan kənd ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qarşıdan gələn "Mercedes-Benz" markalı avtomobillə toqquşub. Hadisə zamanı bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45