Yevlax şəhər Mərkəzi Xəstəxanasında yanğın olub, xəstələr təxliyyə edilib

Yevlax şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib. 

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47