Yevlax sakini cərəyan vurması nəticəsində ölüb

Bakı. 25 aprel. REPORT.AZ/ Yevlaxda elektrik yarımstansiyasında təmir işləri aparan şəxs cərəyan vurması nəticəsində ölüb.

“Report”un xəbərinə görə, aprelin 23-də Yevlax rayonunun Cırdaxan kəndindəki elektrik yarımstansiyasında təmir işləri aparan Nurəddin Hacıyev elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45