Yevlax sakinindən silah-sursat götürülüb

Bakı. 14 avqust. REPORT.AZ/ Yevlax rayon sakinindən silah-surtsat götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini Ruslan Orucovdan “F-1” qumbarası, 8 ədəd avtomat patronu və 1 ədəd bıçaq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47