Yevlax sakini intihar edib

Yevlax. 17 iyul . REPORT.AZ/ Yevlaxda 36 yaşlı kişi özünü öldürüb.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Aran qəsəbəsində baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü qəsəbə sakini İsmayılov Samir Mərkəz oğlu yaşadığı həyətdə özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48