Yeniyetmə evdən 500 ABŞ dolları oğurladı

Qax rayonunda evlərin birindən pul oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Qax Rayon Polis Şöbəsinin əməkdaşları həyata keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də rayon ərazisindəki evlərin birindən 80 manat və 500 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Xələftala kənd sakini olan bir yeniyetmə saxlanılıb.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54