Yasamaldakı yanğında FHN-nin əməkdaşı ağır yaralandı

Bakıda yanğın zamanı yanğınsöndürən yaralandı.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Xəbər verdiyimiz kimi, yanğın zamanı bir nəfər FHN əməkdaşı yaralanmışdı. Yaralı 1980-ci il təvəllüdlü Ələkbərov Pərviz Mirzə oğlu əraziyə çağırılmış təcili tibbi yardımın köməyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona boyun nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Qeyd edək ki, yanğını söndürərkən P.Əkbərovun boynuna şüşə parçası düşüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47