Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 105 m² olan 3 otaqlı mənzilin eyvanında 1 ədəd su qızdırıcısı, 1 ədəd gərginlik stabilizatoru, 1 m² sahədə taxta tullantıları, eyvanın plastikdən ibarət qapısı və pəncərəsi yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50