Yasamalda sərnişin avtobusda ağır xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. 65 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusunda olan sərnişin 1971-ci il təvəllüdlü Nəsirzadə Yalçın Səmədulla oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Onun hansı şəraitdə xəsarət alması araşdırılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45