Yasamalda gənc qız yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2004-cü il təvəllüdlü Şamilzadə Günay Ruslan qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47