Yasamalda avtomobil piyadanı vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda olub.

Piyada, 1973-cü il təvəllüdlü Əliyev Əmir Seyidəli oğlu Nəriman Nərimanov heykəlinin yaxınlığında yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47