Yasamalda avtomobil 43 yaşlı kişini vurub

Bakıda 43 yaşlı kişini avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. "20 Yanvar" metrostansiyasının yaxınlığında 1979-cu il təvəllüdlü Orucov Elnur Ənvər oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Digər xəbərlər