Yasamalda 17 yaşlı gənci avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 2004-cü il təvəllüdlü Əliyeva Aysel Zamin qızı xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər