Yasamal rayonunda gənc qızı avtomobil vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, A.M.Şərifzadə prospektində yolu keçən 1997-ci il təvəllüdlü Hüseynova Türkan Allahverdi qızını avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14