"Azərişıq" ASC-nin transformatorunda baş vermiş yanğın söndürülüb

Bu gün səhər saat 05.50-də Qobustan stansiyasının ərazisində "Azərişıq" ASC-yə məxsus transformatorda yanğın olub. 

"Report" xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə yanğınsöndürmə maşınları, Biləcəri və Hacıqaqbul yanğınsöndürmə qatarları cəlb edilib. Saat 08:30-da yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, qatarların hərəkətində fasilə yaranmayıb. Yanğına texniki nasazlıq səbəb olub. 

Hadisənin təfərrüatı və başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər

Qubada zəlzələ olub 09 dekabr, 2025 / 22:49