Bakı. 11 avqust. REPORT.AZ/ Yaponiyanın Qumma prefekturasında xilasedici vertolyotun qəzaya düşməsi nəticəsində 9 heyət üzvü həyatını itirib.
“Report” xəbər verir ki, bu barədə "Kiado" agentliyi məlumat yayıb.
Bildirilib ki, Kusatsu-Sirane aktiv vulkanı ərazisində helikopterlə rabitə pozulub. Qeyd olunub ki, vertalyotun qəzaya uğramasının səbəbi pis hava şəraiti ola bilər.