​Xuliqanlıqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Amit Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Amit Əliyev ötən il xuliqanlıqda təqsirli bilindiyi üçün saxlanılıb. O, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunub.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39