Xudatda körpə üzərinə televizor düşməsi nəticəsində ölüb

Bakı. 10 fevral. REPORT.AZ/ 2 yaşlı körpə üzərinə televizor düşməsi nəticəsində ölüb.

"Report"un məlumatına görə, hadisə Xaçmaz rayonunun Xudat şəhərində qeydə alınıb. Orada yaşayan 2 yaşlı Ümüd Zahirlinin üzərinə televizor düşüb. Körpə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər