Xocavənddə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Xocavənd rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, fevralın 1-də saat 21 radələrində rayonun Yeni Xocavənd qəsəbəsi ərazisində rayon sakini V.Savalanov idarə etdiyi “VAZ-2013” markalı avtomobillə yolu keçən həmyerliləri Natiq Əlizadəni və İ.Hacızadəni vurub. 

Nəticədə onlar xəstəxanaya yerləşdirilib, N.Əlizadə orada ölüb.

Xocavənd Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19