Xırdalanda yaşayış kompleksində partlayış olub

Xırdalanda partlayış olub.

“Report”un məlumatına görə, hadisə AAAF Park Yaşayış Kompleksində qeydə alınıb.

Məlumata görə, kompleksin 9-cu binasının elektrik lövhəsində əvvəlcə tüstülənmə, sonra partlayışla müşahidə edilən yanğın olub.

Qeyd edilir ki, yanğının genişlənməsinin qarşısı alınıb. Yaşayış binalarına elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37