Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Buzovna qəsəbəsində iki avtomobilin toqquşması zamanı 1988-ci il təvəllüdlü Dadaşov Taleh İmanverdi oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası, alt çənənin sıyrılmış yaraları diaqnozu qoyulub.