Xəzər rayonunda qadını maşın vurub

Xəzər rayonu Qala qəsəbəsinə gedən yolda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, Buzovna sakini 1973-cü il təvəllüdlü Qarayeva Nisə Vəli qızı yolu keçərkən "VAZ 2106" markalı avtomobil onu vurub. 

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması və bədəninin çoxsaylı sınıqları diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib. N.Qarayevanın vəziyyətinin ağır olduğu bildirilir.

Ramin Şahbazov

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19