Xəzər rayonunda avtomobil qadını vuraraq xəsarət yetirib

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində 1989-cu il təvəllüdlü Xalıqova Aygün Nazim qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ topuğun sınığı diaqnozu qoyulub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47