Xəzər rayonunda 31 yaşlı kişini maşın vurub, vəziyyəti orta-ağırdır

Xəzər rayonu mərdəkan qəsəbəsində piyada vurulması ilə nəticələnən yol qəzası baş verib. 

"Report" xəbər verir ki, İmişli rayon sakini 1988-ci il təvəllüdlü Bəbirov Rəşad Sərhad oğlu Mərdəkan qəsəbəsində yerləşən şadlıq saraylarının birindən toydan çıxan zaman maşın vurub. 

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona sağ baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozu qoyulub. Həkimlər yaralının vəziyyətinin orta-ağır qiymətləndirir.  

Ramin Şahbazov

Digər xəbərlər