Bakıda 28 yaşlı gənc bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Şüvəlan qəsəbəsində 1991-ci il təvəllüdlü İsmayılov Xəlil Qahir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat olunub.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26