Xəzər dənizində zəlzələ qeydə alınıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Günorta saatlarında Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 13:06-da qeydə alınıb.

Məlumata görə, 3,3 bal gücündə baş verən zəlzə hiss olunmayıb.

Digər xəbərlər