Xəzər dənizində zəlzələ olub

Oktyabrın 24-də Xəzər Dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, yerli vaxtla saat 07:38-də qeydə alınan zəlzələnin ocağı 61 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 4,2-yə bərabər olub.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54