Xəzər dənizində zəlzələ olub

Bakı. 30 dekabr. REPORT.AZ/ Yerli vaxtla saat 07:51:25-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar 3 maqnitudada olub. Zəlzələnin episentri 46 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss edilməyib.

Digər xəbərlər

Sumqayıt sakini dənizdə batıb 10 avqust, 2026 / 10:52
Bilgəhdə kişi dənizdə boğulub 10 avqust, 2026 / 10:49