Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 16:57-də qeydə alınıb.

Zəlzələ ocağı 62 km dərinlikdə yerləşib.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19