Xəzər dənizində zəlzələ olub

Bakı. 22 dekabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, bu gün yerli vaxtla saat 03:17:22-də Nardarandan 12 km cənub-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.0, dərinliyi 23 km olan zəlzələ hiss olunmayıb.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48