Bakı. 25 iyun. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, yeraltı təkan yerli vaxtla saat 19:45-də Qaladan 134 km şərqdə qeydə alınıb.
3.8 maqnitudada, 60 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.