Xəzər dənizində zəlzələ olub - YENİLƏNİB

Bakı. 5 yanvar. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib. 

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. 

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 18:54-də Nardarandan 24 km şimalda Xəzər dənizində zəlzələ qeydə alınıb. 

Maqnitudası 2.7, dərinliyi 5 km olan zəlzələ dəniz kənarı yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.


*** 19:26

Sumqayıt. 5 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində zəlzələ olub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 18:58-də hiss edilib.

Zəlzələ zamanı sakinlər evlərin tərk ediblər. 

Yeraltı təkan, təqribən, 5 saniyə davam edib.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41