Xəzərin Azərbaycan sektorunda zəlzələ olub.
Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Belə ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 10:32-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Təkanların maqnitudası 4.0, dərinliyi isə 47 km olub.