Xəzər dənizində zəlzələ baş verib

Bakı. 8 dekabr. REPORT.AZ/ Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, ilkin məlumatlara görə, yerli vaxtla saat 16:37:59-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. 

Zəlzələnin maqnitudası 3.4, dərinliyi 60 km olub.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38