Xəzər dənizində 4,3 bal gücündə zəlzələ olub

Bakı. 30 noyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 04:40 radələrində qeydə alınıb.

Maqnitudası 4,3, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.  

Digər xəbərlər